Santuş sorğusuala çəkildi | Icma.az
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Millətlər Liqasının 5-ci turunda sabah Estoniya ilə keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
- Mətbuat konfransının səhər saatlarında olmasının səbəbi nədir? - Komandamızın dincəlmək üçün daha çox vaxtının olmasını istəyirik.
Milli bir həftədir buradadır, gündə iki məqşimiz olur. Komanda bu oyuna çox yaxşı hazırlaşıb. Yəni çox məşq ediblər.
Ona görə də düşündük ki, məşq və mətbuat konfransı səhər saatlarında olsun və futbolçuların bərpa üçün daha çox vaxtı olsun.
- Dörd oyundan sonra komandamızın aktivində xal yoxdur. Bu nəticə sizin üçün nə qədər gözlənilən idi? Bu dörd oyuda komandada nə çatmadı?
- Oyunları təhlil edirik. Son iki matçda komandamız sözün əsl mənasında yaxşı oynadı. Oyunçularımız inkişaf edir.
Tam oxu
Xəbəri oxu