Santuş tarixi klubu çalışdıra bilər

19.09.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisindən göndərilən Fernandu Santuş karyerasını Yunanıstanda davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, “Panatinaikos” klubu Fernandu Santuşun xidmətində maraqlıdır. Yunanıstan mətbuatının məlumatına görə, Rui Vitorianı istefaya göndərən klub yenidən portuqaliyalı mütəxəssisin namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Fernandu Santuş əvəllər də “Panatinaikos”da işləyib. O həmçinin Yunanıstan millisində, Yunanıstanın PAOK və AEK klublarında işləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью