Santuşa son şans

27.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun taleyi qeyri-müəyyəndir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyənin “sondakika.com” saytı məlumat yayıb. Materialda mütəxəssisin Azərbaycan yığmasındakı uğursuz çıxışı qeyd olunub.

AFFA-nın pis gedişata baxmayaraq, Santuşa bir şans verə biləcəyi qeyd edilib. Lakin komanda iyundakı sınaq matçlarında da uğursuzluqla üzləşsə, mütəxəssis istefaya göndərilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью