Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq. Yığmamız İslandiyaya darmadağın oldu - 5:0.Oyundan sonra AFFA-nın baş katibi Cahangir
Amma İslandiya komandasına qarşı oynaya bilmiriksə, oyunun əvvəlindən müdafiədə qalırıqsa, altı-yeddi nəfərlə müdafiə oluruqsa, bu öz proble
Uşaqların - futbolçuların problemi deyil. Bizim səhvimizdi. Sistemi səhv qurduq. Baş məşqçi ev tapşırığını yerinə yetirməmişdi.
Azərbaycan futboluna, xalqına yanaşma baş məşqçi tərəfdən qəbuledilməzdi. Gözləyirik ki, cənab Santuş nə deyəcək.
- Yəni siz istefa gözləyirsiz?- Mən gözləyirəm ki, bu adam üzərinə götürdüyü məsuliyyəti düzgün səsləndirsin.- Santuş Portuqaliya millisindən sonra işlədiyi hər yerdən qovulub, öz xoşu ilə istefa verməyib.
Qarşılığında da böyük təzminat alıb. - Jurnalist kimi bu sualı cənab Santuşa verib.
Nə olub, nə düşünür, qazandığı uğurlara, karyerasına bu nəticə, qorxaq futbol uyğun gəlirmi?- İstefa verməsə, özünüz göndərəcəksiz?- İstefa verməsə, lazımi tədbirlər olacaq.
Məşqçidən düzgün addımı gözləyirik. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.