Icma.az, Qol.az saytına istinadən bildirir. “Bizə güclü rəqiblər düşəcəyi məlum idi. Ukraynadan başqa hamısı ilə oynamışıq.
Əsas öz komandamıza baxmalıyıq”. Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
Azərbaycan millisi DÇ-2026-cı seçmə mərhələsində İslandiya, Ukrayna və Millət Liqasının 1/4 final mərhələsinin Fransa-Xorvatiya cütünün qalibi ilə bir qrupda mübarizə aparacaq.
Püşkü dəyərləndirən millimizin sabiq çalışdırıcısı qeyd edib ki, rəqiblərin güclü olmasından əlavə, həm də bizim komandada müəyyən problemlər var: “Yaxşı haldır ki, bizim üçün seçmə mərhələ sentyabrda başlayacaq.
Çünki həm mart, həm də iyunun əvvəlində yoldaşlıq oyunu keçirə bilərik. Yəni seçmə mərhələ başlayana qədər tam hazır olmaq mümkündür.
Əsas olan bizim millinin oyunudur. Komandaya mütləq mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi lazımdır Azərbaycan çempionatında bu mövqel
Bizdə problem burdan başlayacaq. Millinin məşqçi korpusu üçün seçim də çətin olacaq. Ukrayna millisi son vaxtlar yaxşı oynayır.
Klubları o qədər də uğurlu çıxış etmir. Əksəriyyətində yerli futbolçular mübarizə aparır.