Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq. RƏŞAD QASIMOV Fernandu Santuşun rəhbərlik etdiyi milli Millətlər Liqasının D divizionun
Nəzəri cəhətdən yığmanın C liqasında yerini qorumaq şansı qalsa da, çətin ki, bunu bacaracaq.
Hindistan millisinin hokkeydə dünya çempionu olacağı daha real görünür, nəinki Estoniyanın qapısına yol tapa bilməyən yığmanın 2 gün sonra səfərdə İsveçi məğlub edəcəyi...
Millətlər Liqsının seçmə mərhələsindən öncə demək olar hamı 2 görüşdə millinin Estoniyadan 6 xal götürəcəyinə inanırdı.
Ən bədbin azarkeş, mütəxəssis, idman yazarı belə ən pis halda 4 xalın "cibimizdə" olduğunu düşünürdü.
Turnirin startı ərəfəsində Portuqaliya ilə Avropa çempionu olmuş məşqçinin komandanın "sükanı arxasına" dəvət olunması, millidə "ulduz" nəslin formalaşması, AFFA-da rəhbər dəyişikliyi belə düşünməyə əsas verirdi.
Heç kim inanmazdı ki, seçmə mərhələnin sonunda C divizionuna düşməmək üçün mümkün, qeyri-mümkün varinatları gözdən keçirmək məcburiyyətində qalacağıq.
Bəlkə də dünən keçirilən oyundan sonra bəziləri ölkənin əsas komandasının rəqibdən üstün oyun sərgilədiyini, qələbəyə layiq olduğunu düşünür.