Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real Madrid” futbol klubunun ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionu kluba təxminən 363 milyon avro gəlir gətirib.
İdman.Biz xəbər verir ki, 2018/19 mövsümü ilə müqayisədə arenanın gəlirləri 107 faiz artıb. Stadionun gəlir potensialının hələ tam reallaşmadığı və gələcəkdə bu göstəricinin daha da yüksələ biləcəyi bildirilir.
Qeyd edək ki, “Santyaqo Bernabeu” stadionu 1947-ci il dekabrın 14-də istifadəyə verilib. Arena əvvəlcə “Nuevo Çamartin” adlandırılıb. 1955-ci ildə isə “Real Madrid”in o vaxtkı prezidenti Santyaqo Bernabeunun şərəfinə stadionun adı dəyişdirilib.
Son illərdə genişmiqyaslı yenidənqurma işlərindən keçən arena müasir infrastrukturu ilə seçilir. Stadion artıq yalnız futbol qarşılaşmalarına deyil, konsertlərə və digər kütləvi tədbirlərə də ev sahibliyi edə bilir. Bu imkanlar “Real Madrid”in arenadan əldə etdiyi gəlirlərin artmasına şərait yaradır.