“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Real Madrid” “Santyaqo Bernabeu” stadionunda FIFA nümayəndələrini qəbul edib.

İdman.Biz xəbər verir ki, stadionda təşkil olunan işçi görüşə İspaniya hökumətinin, Madrid şəhərinin və regional hakimiyyət orqanlarının rəsmiləri də qatılıblar.

FIFA rəsmi kanallarında səfərdən görüntülər paylaşaraq qonaqpərvərliyə görə Madrid klubuna təşəkkür edib.

Görüşdə müzakirə olunan əsas mövzular barədə isə məlumat açıqlanmayıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью