Şanxay finalına vəsiqə qazanan “Neftçi SOCAR” bu gün mübarizəyə başlayır

29.08.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası bu gün FIBA 3x3 Qadınlar Seriyasının Yaponiyanın Takasaki şəhərində keçirilən son mərhələsində mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, Şanxayda keçiriləcək final mərhələsinə vəsiqəni təmin edən Bakı təmsilçisi ilk oyununu saat 09:50-də Yaponiya komandasına qarşı keçirəcək.

“Neftçi SOCAR” günün ikinci qarşılaşmasında isə saat 14:10-da Takasaki komandası ilə üz-üzə gələcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью