Şanxayda robotlar real həyatda öyrədilir

06.08.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, məlumata görə, robotlar ev işləri, pərakəndə satış, əşyaların çeşidlənməsi və istehsal prosesləri kimi sahələrdə sınaqdan keçirilir. Bu yanaşma onların real şəraitdə qarşılaşdıqları vəziyyətlərə uyğunlaşmasına və müxtəlif tapşırıqları daha effektiv yerinə yetirməsinə imkan yaradır.

Mütəxəssislər bildirirlər ki, təcəssüm olunmuş süni intellekt robotların ətraf mühiti qavramasını, qərar qəbul etməsini və fiziki hərəkətlər yerinə yetirməsini təmin edən texnologiyadır. Qeyd edək ki, Şanxay son illərdə bu sahənin inkişafı üçün xüsusi dəstək göstərir və robotların real həyatda tətbiqini genişləndirir.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью