SAP direktoru: Azərbaycan süni intellektdən daha çox istifadə etməlidir

16.11.2024

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan hökumətinin iqlim dəyişikliyi ilə mübarizədə şəhər mobilliyi və rəqəmsal hökumət sahəsində potensial imkanlardan istifadə etməsini görmək çox xoşdur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçılığı ilə keçirilmiş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada iştirak edən SAP şirkətinin Hökumət işləri və davamlılıq üzrə direktoru Karolina Telejko deyib.

O əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan da digər ölkələr kimi süni intellektdən daha çox istifadə etməli, karbon emissiyalarının monitorinqini aparmalı, onların idarə edilməsi və azaldılmasına nail olmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью