SAP direktoru: Azərbaycan süni intellektdən daha çox istifadə etməlidir AZƏRTAC

16.11.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

“Azərbaycan hökumətinin iqlim dəyişikliyi ilə mübarizədə şəhər mobilliyi və rəqəmsal hökumət sahəsində potensial imkanlardan istifadə etməsini görmək çox xoşdur”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmtəşkilatçılığı ilə keçirilmiş Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada iştirak edən SAP şirkətinin Hökumət işləri və davamlılıq üzrə direktoru Karolina Telejko deyib.

O əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan da digər ölkələr kimi süni intellektdən daha çox istifadə etməli, karbon emissiyalarının monitorinqini aparmalı, onların idarə edilməsi və azaldılmasına nail olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью