Sapı özümüzdən olan xain, məkrli qüvvələr... Şeyx

28.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir.

"Bakupost" APA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə deyib.

"Xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq. Sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdır. Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir", - qeyd edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью