“Sapla”dan qadın namizədlərə xüsusi dəstək

08.01.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Sapla” Komandasın qadın siyasətçilərə xüsusi dəstək təklif edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Rəbiyyə Məmmədova məlumat verib: 

“Bələdiyyə seçkilərində iştirak edən qadın siyasətçilərin yanındayıq. Biz qadınların siyasətdə daha aktiv rol almasının vacibliyini vurğulayır və onlara təşviqat-təbliğat dövründə kiçik də olsa dəstək olmaq istəyirik.

Xüsusi təklifimiz odur ki, ilk müraciət edən namizədə dəyəri 280 AZN olan qara kostyum hədiyyə ediləcək. Bu, tamamilə ödənişsiz olacaq”.

R.Məmmədova şərtləri açıqlayıb:

“Namizəd təsdiq olunmuş namizəd vəsiqəsini təqdim etməlidir.

Kostyumun ölçüsü uyğun gəlmədiyi halda, hədiyyə növbəti müraciət edən namizədə veriləcək. Ölçülər 38, 42, 44, 46, 48-dir.

Müraciət üçün 050 429 20 28 WhatsApp nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Qadınların siyasətdə daha güclü addımlar atmasını görmək bizi motivasiya edir. Bu təşəbbüsümüzlə qadın siyasətçilərimizin yanındayıq!”

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью