Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan İstintaq Komitəsi parlamentdəki "Ermənistan" müxalifət fraksiyasının deputatı İşxan Saqatelyanın mənzilində axtarış aparır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası İstintaq Komitəsinə istinadən məlumat yayıb.
"Məhkəmə icraatı çərçivəsində istintaq və prosessual hərəkətlər həyata keçirilir", - komitədən bildiriblər. Cinayət prosesi barədə ətraflı məlumat verilməyib.