Saqqalla sözü keçmədi, bəlkə... | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Yaxud erməni demokratiyasının “təraşı” Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı.
Bu atalar sözümüzü, əslində, Ermənistanın baş naziri Nikol Paşinyana şamil etmək olmaz. Çünki saqqalını qırxıb və ona daraq lazım olmayacaq.
Ancaq məsələyə bir qədər fərqli yanaşaraq soruşaq: Nikolun hər işi düzəlib ki, saqqalını qırxıb?
Əslində, dövlət və hökumət başçılarının özlərinin xarici görünüşlərində yenilik etmələri həmişə təəccüb və maraqla qarşılanır.
Buna görə də erməni baş nazirin saqqalını qırxmasına münasibət birmənalı olmadı.
Münasibətdə isə siyasi yanaşma motivləri var və durumu təbii saymaq mümkündür. Paşinyanın saqqalsız vaxtları da olub.
2018-ci il inqilabı isə onu erməni cəmiyyətinə və dünyaya saqqallı kimi tanıtdı. Saqqal Nikolun “demokrat” obrazını tamamladı.
Tam oxu
Xəbəri oxu