Saqqız seçərkən bunlara diqqət edin VACİB açıqlama

16.10.2026

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyalı stomatoloq Olqa Jidkix ağız sağlamlığı üçün düzgün saqqız seçiminin önəmli olduğunu bildirib.

“Saqqızı seçərkən dişlər üçün mənfi nəticələrə, xüsusən də kariyes əmələ gəlməsinə yol verməmək üçün şəkərin olmamasına və ya onun aşağı səviyyədə olmasına diqqət yetirmək lazımdır. Saqqızın tərkibində ksilitol ola bilər. Bu şəkər əvəzedicisi kariyesin inkişafının qarşısını alır və diş minasının möhkəmlənməsinə kömək edir”, - deyə mütəxəssis bildirib.

“Bəzi saqqızların tərkibində kalsium və flüor var ki, bu da diş minasını gücləndirmək və qorumaq üçün faydalı ola bilər”, - həkim əlavə edib.

Həkim təbii aramatizatorlu saqqız almağı məsləhət görüb. Ağız boşluğu üçün nanə və ya evkalipt ilə bir məhsul seçmək daha yaxşıdır.

“Müntəzəm olaraq üç dəqiqədən çox saqqız çeynəmək bir sıra ciddi xəstəliklərə səbəb ola bilər. Bunlara qastrit, mədə eroziyası daxildir”, - deyə Jidkix vurğulayıb.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью