Şara AŞ sədri ilə danışdı: Tarixi addım...

22.05.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şara Avropa Şurasının sədri Antonio Koşta ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı AB üzvlərinin Suriyaya qarşı əvvəllər tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etmək qərarı müzakirə olunub.

“Bu, ölkəni daha sabit gələcəyə doğru aparmağa kömək edəcək tarixi addımdır”, - Şara bildirib.

Suriya rəhbəri hazırkı mərhələdə ölkəyə beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью