Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Suriya hakimiyyəti xarici qüvvənin druz azlığının işlərinə cəlb olunmasına imkan verməyəcək və Suriya xalqı müharibədən qorxmur.
Hurriyyet.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara deyib.
O, druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsi Suriyanın prioriteti adlandırıb. Suriya lideri həmçinin əlavə edib ki, Suriya müharibədən qorxanlardan deyil:
“Suriya xalqı müharibədən qorxmur və ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır”.
Qeyd edək ki, İsrail druzların müdafiəsi adı altında Suriyaya zərbələr endirir.
Axar.az