Şara Kremldə olarkən Əsəd Moskva turuna çıxdı Foto

16.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Suriya Prezidenti Əhməd əş-Şara və Rusiya Prezidenti Vladimir Putin Kremldə görüşərkən Suriyanın devrilmiş lideri Bəşər Əsədin Moskvanı gəzməyə çıxdığı məlum olub.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Barış Yarkadaş deyib.

Jurnalistin iddiasına əsasən, Rusiyadan olan dostunun ona göndərdiyi videoda Əsəd ailəsinin Moskva gəzintisi əks olunub.

“Həyat maraqlı təsadüflərlə doludur. Şara Rusiyada Putinlə görüşür, Əsəd isə ailəsi və arvadı ilə şəhər turundadır”, - o bildirib.

Qeyd edək ki, Şara ilə Putin arasında Kremldə görüş ötən gün baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью