Sara Sabri: Gələcəkdə şəhərlər uşaqlara uyğun şəkildə planlaşdırılacaq

19.05.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 may, AZƏRTAC

Növbəti 10–20 il ərzində qlobal şəhərsalmanın əsas istiqamətlərindən biri şəhərlərin uşaqlar üçün daha uyğun şəkildə planlaşdırılması olacaq. Çünki bu gün uşaqların böyük hissəsi şəhərlərdə və qəsəbələrdə böyüyür və onların inkişafı birbaşa şəhər mühitindən asılıdır.

Bunu AZƏRTAC-a açıqlamasında “Save the Children" təşkilatında Qlobal Şəhər Proqramı üzrə çalışan və “Uşaqlar üçün Şəhərlər Qlobal Alyansı”nın sədri Sara Sabri deyib.

“Bu səbəbdən şəhərlər uşaqların sağlam, təhlükəsiz və xoşbəxt böyüməsini təmin etməlidir. Bu sağlamlıq imkanlarının yaxşılaşdırılması, şəhər daxilində təhlükəsiz hərəkət mühitinin yaradılması və kifayət qədər ictimai məkanların təmin edilməsi deməkdir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, hər bir uşaq yaşadığı şəhərdə özünü təhlükəsiz, dəyərli və hörmətli hiss etməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью