Şara Türkiyəyə gedir

23.06.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Suriya Prezidenti Əhməd əş-Şara NATO sammiti zamanı Ankaraya səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” Türkiyə rəsmilərinə istinadla məlumat yayıb.

“Əhməd əş-Şara 7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək NATO sammiti çərçivəsində danışıqlara gələ bilər. Onun səfəri sammitlə əlaqəli olmasa da, kənar görüşlər onun beynəlxalq mövqeyini gücləndirəcək. Alyansın bəzi liderləri regional təhlükəsizlik, terrorizmlə mübarizə və uzun illər davam edən vətəndaş müharibəsindən sonra ölkənin bərpası məsələlərini müzakirə etmək üçün Suriya lideri ilə görüşmək istəyə bilərlər”, - mənbə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью