“Sara xatun”un botoksları müzakirə yaratdı FOTO

09.12.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Mehmed: Fetihler Sultanı” serialına yeni bir aktrisanın qatılacağı məlum olub.

"Cebheinfo.az" xəbər verir ki, məşhur “Yeşilçam” ulduzu Selma Güneri layihədə Ağqoyunlu dövlətinin qurucusu Uzun Həsənin anası Sara xatun obrazını canlandıracaq.

Bu seçim sosial mediada müzakirələrə səbəb olub və bir çox izləyici narazılığını ifadə edib. Tənqidçilər Azərbaycanın ilk qadın diplomatlarından sayılan Sara xatunu müasir estetik müdaxilələrə məruz qalmış bir aktrisanın canlandırmasınıməqsədəuyğun saymayıblar.

Şərhlərdə “Tarixi dəyərlərlə yaşamayanların çəkdiyi seriallar botoks və estetikli simalarla doludur”, “Xahiş edirik, qadının üzündə botoksdan tutmuş dartılmaya qədər hər şey var. Tarixi layihələrdə bu cür aktrisalardan istifadə edilməməlidir, serialın ruhunu pozur” kimi fikirlərə tez-tez rast gəlinib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью