Şaraa ABŞ nümayəndə heyəti ilə görüşdü

08.10.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyada müvəqqəti prezident olaraq təyin olunan Əhməd Şaraa paytaxt Dəməşqdə ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Brad Kuper ilə görüş keçirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prezidentliyin “Telegram” kanalında yayılan açıqlamada məlumat verilib.

Görüşdə Suriyanın yeni administrasiyasının Xarici işlər naziri Əsəd Həsən Şeybani, Müdafiə naziri Murhaf Əbu Kasra və Kəşfiyyat xidməti rəhbəri Hüseyn əs-Səlame də iştirak ediblər.

Toplantıda “Suriya sahəsindəki son hadisələr”, “siyasi prosesin dəstəklənməsi” və “ölkədə təhlükəsizlik və sabitliyin gücləndirilməsinə yönəlik addımlar” müzakirə olunub.

Bundan əlavə, 10 mart razılaşmasının tətbiq mexanizmlərinin də Suriya ərazi bütövlüyü və suverenliyi çərçivəsində qiymətləndirildiyi bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью