Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Suriyanın nə tarixində, nə də bu günündə "kürd problemi" deyilən bir məsələ mövcud olub.
Bu, reallıqla heç bir əlaqəsi olmayan, müvəqqəti bir mövzudur”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Suriyada keçid hökumətinin prezidenti təyin olunan Əbu Məhəmməd əl- Colaninin (Əhməd əş-Şaraa) atası Hüseyn Şaraa "Al Majalla" jurnalında dərc olunan “Suriyada kürd problemi” adlı məqaləsində bildirib.
“Nasirçi ərəb millətçisi” kimi tanınan Hüseyn Şaraa "Rudaw"-ın yaydığı məqaləsində Rojavadakı mövcud kürd kimliyi şüurunu “xarici mənşəli və keçici” bir vəziyyət kimi xarakterizə edib.
Şaraa yazısında qeyd edib ki, kürd problemi Suriyanın dövlət strukturu daxilində heç vaxt olmayıb: "Suriyadakı kürdlər şəhər və kəndlərdə ərəb mədəniyyətinə mənsub, İslam dininə bağlı vətəndaşlar kimi yaşayıblar”.
Həsəkə və Qamışlını kürdlərin bölgəsi hesab etmədiyini deyən Şaraa vurğulayıb: “Bu torpaqların etnik baxımdan xüsusi bir bölgə olduğunu iddia edən hər kəs ciddi yanılma içindədir.
Çünki mədəni, düşüncə və milli tarazlıq bir-birinə sıx şəkildə bağlıdır və onları ayırmaq mümkün deyil”.