Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Mazlum Abdinin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) heyəti Suriyada müvəqqəti Prezident Əhməd əş-Şaraa ilə görüşmək üçün Dəməşqə yola düşüb.
"Cebheinfo.az" xəbər verir ki, heyətdə SDQ-ni təmsil edən Xarici Əlaqələr Komitəsinin həmsədri İlham Əhməd və YPJ komandiri Rohilat Efrin yer alır. “Rudaw” xəbər agentliyinin məlumatına görə, Abdi və SDQ heyəti Şaraa ilə görüşəcək. Digər tərəfdən, dünən Rojavada Mazlum Abdi ilə görüşən ABŞ-nin Suriya üzrə Xüsusi Nümayəndəsi və ABŞ-nin Ankara səfiri Tom Barrakın da toplantıya qatılacağı bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin