Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriya Prezidenti Əhməd Şaraa Fransa Prezidenti Emmanuel Makronun vasitəçi olmaq cəhdinə gözlənilməz təpki göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.
Xatırladaq ki, Makron ABŞ-ın Suriya Demokratik Qüvvələrinə (SDQ/YPG) verdiyi dəstəyi dayandırmasından sonra bölgədə nüfuz qazanmaq və SDQ lideri Mazlum Abdi ilə Suriya arasında vasitəçilik etmək istəyirdi. Lakin Şaraa Makronun telefon zənginə cavab verməyib. Bu səbəbdən planlaşdırılan üçlügörüş baş tutmayıb və Fransa lideri hirsindən “dəliyə” dönüb.
Yeri gəlmişkən, ABŞ hərbi dəstəyini dayandıraraq Suriyadan əsgərlərini çıxarıb. Fransa isə İraqın şimalındakı hərbi və kəşfiyyat bazalarını “alarm” vəziyyətinə gətirib.
Qeyd edək ki, Suriya ordusu Fərat xəttindən YPG-ni çıxardıqdan sonra boş qalan sahə yeni güc mübarizəsinə səhnə olub, Fransa bu ərazidə nüfuz qazanmaq istəyib. Şaraa Makronun zənginə cavab verməyərək həm Abdini, həm də Makronu gözlətdirib.
Fransız mətbuatı yazır ki, bu hadisə Suriya-Fransa münasibətlərində gözlənilməz gərginlik kimi qiymətləndirilir.
Bizim.Media