Axar.az saytına istinadən Icma.az xəbər verir. İsrail Suriyada vətəndaş müharibəsini təzələmək və ölkənin keçid dövrü Prezidenti Əhməd əş-Şa
Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Selvi yazıb.
Selvi qeyd edib ki, Türkiyə kəşfiyyatı bundan əvvəl Şaraya qarşı sui-qəsdin qarşısını alıb: “İsrail Suriyada sabitliyi pozmaq istəyir.
Təl-Əviv vətəndaş müharibəsini təzələməyə çalışır, məqsədi Əhməd əş-Şaranı devirməkdir”.
Onun fikrincə, İsrail Türkiyənin qonşu Suriyaya təsirindən məmnun deyil: “PKK-nın qüvvələri tərk-silah olunsa, Türkiyənin Suriyada təsiri daha da artacaq.
Məhz buna görə də İsrail cənubda druzları, şimalda isə PKK-nı təhrik edir. Suriya və Livanda təsir gücü olan Türkiyə ona lazım deyil.
O, vətəndaş müharibəsinə başlamaq və Türkiyəni Suriyadan sıxışdırmaq istəyir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.