Saranın məhkəməsi oldu: aylıq gəlirini açıqladı...

27.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

"Fənərbağça"nın keçmiş prezidenti Sadəddin Saran narkotik qaçaqmalçılığında ittiham olunduğu məhkəmə işinin ilk iclasında hakim qarşısına çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məhkəmə iclası zamanı S. Saran şəxsiyyəti və maliyyə vəziyyəti ilə bağlı sualları cavablandırıb. İş adamı aylıq gəlirinin 6 milyon lirə olduğunu bildirib. Saranın məhkəmədə açıqladığı bu gəlir rəqəmi prosesin diqqət çəkən məqamlarından birinə çevrilib.

İttihamları rədd edən iş adamı özünü müdafiə edərək "Bu gün həyatımın ən utancverici günüdür" deyib.

Qeyd edək ki, Saranın saç nümunəsində kokain aşkar edilmiş, qan, sidik və dırnaq nümunələri isə neqativ çıxmışdı.

Əlavə edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında Sadəddin Sarana 10 ildən az olmayaraq həbs cəzası verilməsi istənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью