Şarapova ABŞ dəki evini satışa çıxarıb

17.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Rusiyalı keçmiş tennisçi Mariya Şarapova ABŞ-nin Manhetten çimərliyindəki evini 24,995 milyon dollara satışa çıxarıb.

Bakıvaxtı.az "Wall Street Journal"a istinadən xəbər verir ki, 38 yaşlı idmançı Kaliforniyadakı mülkünü Avropada daha çox vaxt keçirməyi planlaşdırdığı üçün satmaq qərarına gəlib.

Okean mənzərəsinə malik, lakin tennis kortu olmayan ev Los-Ancelesin mərkəzindən təxminən 32 km cənub-qərbdə yerləşir. Gizliliyi təmin etmək üçün malikanə yapon üslubunda abadlaşdırılıb və divarları bitkilərlə örtülüb.

Qeyd edək ki, M.Şarapova "Böyük Dəbilqə" yarışlarının beşqat qalibidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью