Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Saray körpüsündə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 20-də günorta saatlarında qeydə alınıb.
Belə ki, 88-DF-844 dövlət nömrə nişanlı “Changan”, 99-TC-536 dövlət nömrə nişanlı “Honda” və “Chevrolet” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəyib. Sürücülər arasında xəsarət alanların olduğu bildirilir.
Qəza səbəbindən körpüdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229043.html