Saray körpüsündə işlər bu tarixdə yekunlaşacaq

05.03.2025

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən yeni körpüdə tikinti işləri sürətlə davam etdirilir.

Bunu “Unikal”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

AAYDA rəsmisi bildirib ki, hazırda ərazidə betonlama işləri davam etdirilir.

İşlərin nə zaman yekunlaşacağına gəlincə, A.Nəcəfli qeyd edib ki, may ayı ərzində işlərin yekunlaşması planlaşdırılır.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью