Saray körpüsünün istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

11.03.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.

Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью