Saray körpüsünün söküntüsü davam edir FOTO/VİDEO

24.12.2024

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpünün söküntü işləri davam edir.
Bizim.Media xəbər verir ki, artıq işlərin müəyyən hissəsi görülüb, beton bloklar kəsilərək ərazidən çıxarılıb.
Söküntü ilə əlaqədar avtomobillərin hərəkəti dayandırılıb.
Qeyd edək ki, dekabrın 19-dan etibarən Saray körpüsünün sökülməsinə start verilib.
Söküntü və təmir işləri ilə əlaqədar AYNA tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib.


Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью