Saray qəsəbəsində 4 avtomobil toqquşub, xəsarət alanlar var

09.10.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunun Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı "Mitsubishi", "Ravon", "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью