Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Əyləc əvəzinə sürət pedalını sıxan sürücü Saraydakı supermarketə çırpılıb.
Avtosfer.az xəbər verir ki, hadisə az əvvəl Abşeron rayonu Saray qəsəbəsində baş verib.
General Məhəmməd Əsədov küçəsində yerləşən “Saray” MTK-nın altındakı “Araz” supermarketin içinə maşın girib. Hadisə şahidlərinin bildirdiyinə görə yolun kənarında binanın altında yerləşən market günün 24 saatı fəaliyyət göstərir deyə içəridə həmişə müştəri olur. Marketin önündə parklama ərazisi var və sürücü “Hyundai” markalı avtomobilini parklayaraq mağazaya girmək istəyirmiş. Lakin əyləc yerinə qazı sıxdığı üçün maşın obyektə çırpılıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Səfər