Saray qəsəbəsində sürət qatarı üçün dayanacaq qoyulacaq

30.11.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Saray qəsəbəsində sürət qatarı üçün dayanacaq qoyulacaq.
Qəsəbə sakinləri bildirirlər ki, sürət qatarı qəsəbənin içindən keçir, lakin dayanacaq olmadığı üçün istifadə edə bilmirlər. Halbuki əhali sayı və gündəlik gediş-gəliş baxımından Saray digər qəsəbələrlə müqayisədə daha çox yüklənir.

Dəmiryolları Qapalı Səhmar Cəmiyyətindən bildirilib ki, yeni dayanacaq Saray sakinlərinin şəhər və ətraf ərazilərə daha rahat və sürətli çıxışını təmin edəcək.
Dəmiryolu xətti üzrə dayanacağın nə vaxt istifadəyə verilməsi eləcə də yerləşəcəyi ərazi barədə ictimaiyyətə əlavə məlumat veriləcək./banker.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью