Saray qəsəbəsində yaşayış binasındakı yanğın söndürüldü (VİDEO/YENİLƏNİB)

20.12.2024

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binasında başlayan yanğın məhdudlaşdırılıb.

"Report"un yerli bürosunun məlumatına görə, qəsəbədəki "Saray" MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayan yanğın tam söndürülüb.

12:55

Abşeron rayonunun Saray qəsəbəsində yaşayış binası yanır.

"Report”un yerli bürosu xəbər verir ki, yanğın qəsəbədəki "Saray" MTK-ya daxil olan çoxmərtəbəli binanın yuxarı mərtəbəsində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью