Saray sakinləri niyə 4 gündür susuzdur? QURUMDAN AÇIQLAMA

08.05.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən Saray qəsəbəsində yerləşən “Saray MTK” Yaşayış Kompleksinin sakinləri 4 gündür susuz qalıb. Sakinlər bu barədə etiraz edirlər. SİA mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti MTK-larda suya nərazət prosesini yalnız suyun ötürüldüyü anbara qədər həyata keçirmək səlahiyyətinə malikdir: “Qeyd olunan MTK-da içməli su ilə bağlı yaranan problem həmin şirkətin daxili xətlərində baş verib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin MTK-ya ötürdüyü su şəbəkəsində heç bir problem yoxdur”.

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью