Saray yolunda mopedin qabağını qaldırıb sürdülər VİDEO

30.01.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Abşeron rayonu, Saray qəsəbəsində yol hərəkəti qaydaları ilə bağlı təhlükəli an yaşanıb.

Avtosfer.az-ın məlumatına görə, sürücü idarə etdiyi mopedin ön təkərini qaldıraraq təhlükəli manevr edib.

Həmin an mopedin arxa hissəsində sərnişin də olub. Bu cür hərəkətlər həm sürücü, həm sərnişin, eləcə də hərəkətin digər iştirakçıları üçün ciddi təhlükə yarada bilər.

Mopedin ön hissəsinin qaldırılması idarəetməni çətinləşdirir və qəzaya səbəb ola bilər.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью