Sarayda 4 maşın toqquşdu: ölən var

09.10.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az verir ki, hadisə zamanı "Mitsubişi", "Ravon", "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan 4 nəfərdən biri - 1990-cı il təvəllüdlü Elxan İlham oğlu İnqilabzadə hadisə yerində ölüb.

Xəsarət alan digər 3 nəfər dərhal xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью