Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniya Kralı III Çarlzın qohumu Samuel Çatto erməni rəssam Eleanor Əsgərçiyana evlilik təklifi edib.
“Cebheifo.az” xəbə verir ki, bu barədə “The Daily Beast” yazıb. Jurnalistlərin kral ailəsinin ən cəlbedici üzvü adlandırdığı Çatto nişanlarından əvvəl Eleanorla beş il görüşüb. Onların hər ikisinin 29 yaşı var və hər ikisi rəssamdır.
Çatto keramika düzəldir, Eleanor isə rəsm çəkir və filmlər çəkir. Kral III Çarlz nişan barədə məlumatlandırılıb. Sarayın nümayəndəsi mətbuata bildirib ki, monarx hər ikisindən, gəlin və bəyin valideynləri isə bu xəbərdən çox məmnundurlar. Toy 2027-ci ilin yazına planlaşdırılıb.
Çatto Kraliça II Eizabetin qardaşı qızı olan rəssam Ledi Sara Çattonun oğludur. O, Britaniya taxt-tacına 30-cu namizəddir, lakin heç bir titul və ya kral vəzifəsi daşımır.
Eleanor isə intibah dövrü rəssamlığı üzrə mütəxəssislərdən biri hesab edilən incəsənət tarixçisi David Əgərçiyanın qızıdır.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin