Sarayda qəbiristanlıqda fəhləni cərəyan vuraraq öldürüb

20.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Abşeronda qəbiristanlıqda fəhlə işləyən 47 yaşlı kişini elektrik cərəyanı vurub.

APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Saray qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə ərazisində yerləşən qəbiristanlıqda fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Mehdiyevi ehtiyatsızlıqdan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью