Sarayda velosiped sürən uşağa İTLƏR HÜCUM ETDİ

12.06.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunun Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bu barədə uşağın atası Amid Turabov məlumat verib.
 

O bildirib ki, oğlu Mübariz Turabov həyətdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.


Hazırda onun müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью