“Saraydakı 3 saylı məktəbdə mənfiləri görən valideyn tək mənəm, digərləri qorxur ki...” FO…
Icma.az, Moderator.az saytına istinadən bildirir. “Övladlarım Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbdə oxuyurlar.
Məktəbdə uşaqların sayı çox olduğuna görə 3-4 növbə var. Uşaqlar axşam saat 17:30-da məktəbdən çıxırlar.
Evə gəlib çatanda artıq saat 6 olur. Məktəbimizin həyətində əlavə korpus inşa etmək üçün böyük ərazi var.
İstəyimiz budur ki, sinif sayı çoxalsın və övladlarımız normal şəkildə məktəbə gedib gəlsinlər.
Mövcud problemlə bağlı ötən il Elm və Təhsil Nazirliyinə müraicət etmişdik. Direktoru özü də bildirib, sadəcə baxan yoxdur.
Elə şagird var ki, saat 7-də dərsdən çıxır. Qış ayıdır, nəzərə alınmalıdır ki, uşaqdır, böyük problemlər üzə çıxır.
Hər sinifdə 24, 27 şagird var. Sarayda 2 saylı başqa bir məktəb var. Ora çox mükəmməl, təmiz və səliqəlidir.
Orada uşaq məktəbə görə çox azdır. Bizdə isə əksinə, məktəb orta dərəcədədir, uşaq çox”.
Tam oxu
Xəbəri oxu