Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynalı rejissor Sergey Loznitsa builki Sarayevo Film Festivalının münsiflər heyətinə sədr təyin olunub.
Kulis.az xəbər verir ki, heyətdə aktyor Draqan Miçanoviç, yazıçı-aktyor və rejissor İmanuel Parvu, rejissor Ena Sendiyareviç də olacaq.
Sergey Loznitsa 28 sənədli və 5 bədii film rejissorudur. Onun Kann Film Festivalında təqdim olunan ilk bədii filmi “My joy” (“Sevincim”) və sonralar çəkdiyi “Donbass” (“Donbas”) filmləri olub.
“Donbass” (“Donbas”) filmi ona festivalda “Un Certain Regard” (“Xüsusi Baxış”) kateqoriyasında ən yaxşı rejissor mükafatını qazandırıb.
"Hicab məcburiyyət deyil!" - Evinə bomba qoyulub öldürülən qadın kimdir? Dünyanın 10 böyük və qədim kitabxanası Zemfiranın Qazaxıstan konserti ləğv edildi