Sarayevoda kata üzrə dünya çempionatı: Azərbaycanı 4 cüdoçu təmsil edəcək

21.09.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

26–27 sentyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatı keçiriləcək.

İdman.Biz xəbər verir ki, yarışda ölkəmizi yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək. Onlar “nage-no-kata” üzrə mübarizə aparacaqlar.

Heyəti təqdim edirik:

Yeniyetmələr

Sadiq Abdullayev (tori)
Rəcəb Əkbərov (uke)

Gənclər

Famil Əsədov (tori)
Yusif Əhmədov (uke)

Dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью