Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Sarayevo, 27 may, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun yaxınlığındakı “Blazuj” miqrant qəbulu mərkəzində atışma baş verib.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik qüvvələri atışma nəticəsində 6 nəfərin yaralandığını və onların xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Yaralılardan biri Pakistan, digər beş nəfər isə Əfqanıstan vətəndaşıdır. Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb.
Atışmanın miqrant düşərgəsindəki cinayətkar dəstələr arasında baş verdiyi bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo