Sarı işığın yandığını görən sürücü sürəti artırıb qaydanı pozdu VİDEO

27.11.2024

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 77-KD-175 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü yolayrıcına yaxınlaşan zaman sarı işığın yandığını görərək sürətini artırıb və dayanmadan hərəkətinə davam edib.

Bəzi sürücülər hələ də elə bilirlər ki, hərəkəti qadağan edən yalnız qırmızı işıqdır. Lakin qeyd edək ki, sarı işıq da qadağanedici işıqdır. Həmin işıqda hərəkət etməyə görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Könül Rauf

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью