Sarı xəbərdarlıq edildi KONKRET

18.10.2026

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Milli Hidrometeorologiya Xidməti oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında narıncı, bəzi bölgələrdə isə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

KONKRET.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Qazax, Tovuz, Gəncə, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Naftalan, Xızı, Şabran, Siyəzən, Xaçmaz, Quba, Qusar, Qobustan, Hacıqabul, Neftçala, Mingəçevir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью